Azərbaycan milli komandasının çalışdırıcısı Berti Foqts Münhenin “Bavariya” klubundakı baş məşqçi dəyişikliyi ilə bağlı fikirlərini açıqlayıb.
Qol.A-ın məlumatına görə, Almaniya mətbuatına müsahibəsində o qeyd edib ki, yerli azarkeşlər sabiq baş məşqçi, son mövsüm “Bavariya”ya üç kubok qazandıran Yupp Haynkesin uğurlarını tez unudublar. “Bavariya” Çempionlar Liqası və Almaniya kubokunu qazandıqdan bir həftə keçəndən sonra ancaq Qvardioladan danışmağa başladılar. Haynkesin uğurları belə tez unudulmamalıdır”.
Berti Foqts qeyd edib ki, Qvardiolanın bundesliqaya gəlməsi Almaniya futbolunun yüksək səviyyəsindən xəbər verir.
Azərbaycan millisinin baş məşqçisi Qvardiolanın “Bavariya”da yenilik edəcəyinə inanmadığını da söyləyib: “Ola bilər ki, “Bavariya” topu özündə daha çox saxlamağa başlayacaq. Amma müdafiədən hücuma sürətli keçid mənasında nəsə dəyişməyəcək”.
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq
Rəhim Həsənov hakim qərarlarını təsdiqlədi - Video