”Fənərbaxça” klubunun idarə heyəti Lənkəran stadionunda

”Fənərbaxça” klubunun idarə heyəti Lənkəran stadionunda
XƏBƏR 21 İyul 2013 / 14:44 2369
-  A +

“Xəzər Lənkəran” klubu ilə yoldaşlıq oyunu keçirmək üçün ölkəmizə gələn Türkiyənin “Fənərbaxça” klubu dünən axşamdan artıq Lənkərandadır.
 
Qol.Az-ın klubun saytına istinadn yaydığı xəbərə görə, Türkiyə klubunu gətirən təyyarə dünən axşam 21:20-də Lənkəran Beynəlxalq Hava Limanına enib və nümayəndə heyəti hava limanından birbaşa məskunlaşacaqları otellərə yollanıb.
 
Bu gün isə “Fənərbaxça” klubunun baş məşqçisi Ərsun Yanal və klubun idarə heyəti Lənkəran stadioununda olub. Qonaqlar qazonun durumuna nəzər yetirdikdən sonra media nümayəndələri üçün ayrılmış tribuna, soyunub-geyinmə otaqları, konfrans zalı və futbolçuların qaldıqları baza ilə tanış olublar. Gördükləri mənzərədən məmnunluq ifadə edən qonaqlar daha sonra “Xəzər Lənkəran” muzeyi ilə tanış olublar. Mətbuat katibi Hüseyn Cəbrayıloğlu qonaqlara klubun tarixi ilə bağlı məlumatları əks etdirən foto-kadrlar haqqında ətraflı məlumat verib.
 
“Fənərbaxça” klubunun baş məşqçisi Ərsun Yanal muzeyin fəxri qonaqlar üçün ayrılmış xatirə kitabına öz qeydlərini edib və idarə heyəti ilə birgə “Xəzər Lənkəran” klubunun baş məşqçisi Con Toşakı iş otağında ziyarət ediblər.

Qeyd edək ki, "Xəzər Lənkəran" - "Fənərbaxça" oyunu bu gün saat 21:00-da keçiriləcək.

Son xəbərlər
30.04.24  09:27

"Lester" çempion oldu