Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışovun çıxış etdiyi “Rubin” bu gün Rusiya Premyer Liqasının ikinci turunda “Zenit”i qəbul ediB.
Qol.Az-ın məlumatına görə, futbolçumuz oyunun iştirak ərizəsinə salınsa da, ehtiyatda qalıb və 90 dəqiqə ərzində oyuna buraxılmayıb.
Bakı vaxtı ilə saat 14.30-da başlayan matçda Kazan təmsilçisi hesabda geri olsa da, rəqib qapısında iki top keçirərək qələbə qazanıb. Qələbə qolu oyunun son saniyələrində vurulub.
Qeyd edək ki, iki turdan sonra hazırda "Rubin" dörd xalla liderdir. Bir oyundan üç xalı olan "Spartak" və "Rostov"un oyunları hələ başlamayıb.
14.30. “Rubin” – “Zenit” – 2:1
Qol: Danni, 7 (0:1), Gökdəniz Qaradəniz, 51 (1:1), Rondon, 90+5 (2:1)
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq
Rəhim Həsənov hakim qərarlarını təsdiqlədi - Video