"Sumqayıt" Gürcüstan klubuna qalib gəldi

"Sumqayıt" Gürcüstan klubuna qalib gəldi
XƏBƏR 21 İyul 2013 / 10:50 1829
-  A +

Hazırlığının ikinci mərhələsini Gürcüstanda davam etdirən "Sumqayıt" klubu qonşu ölkədə növbəti yoxlama görüşünə çıxıb.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə,  Aqil Məmmədovun rəhbərlik etdiyi komanda Premyer Liqa təmsilçisi "Merani Martvili" ilə üz-üzə gəlib. Görüş təmsilçimizin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Sumqayıt" FK-nun heyətində Nurlan Novruzovla Vüqar Əsgərov fərqlənib.

Qeyd edək ki, “Sumqayıt” FK bundan öncə birinci liqa təmsilçisi “Mertsxali” ilə qarşılaşmış və 3:0 hesabı ilə qalib gəlmişdi. Komanda Gürcüstandakı 3-cü yoxlama oyununu isə iyulun 22-də "Quriya Lançxuti"yə qarşı keçirəcək.

Son xəbərlər
topaz banner