"Skenderbeu"nun prezidenti 100 min avro mükafat vəd verdi

"Skenderbeu"nun prezidenti 100 min avro mükafat vəd verdi
XƏBƏR 21 İyul 2013 / 00:22 2696
-  A +

"Skenderbeu" klubunun prezidenti Ardian Takay Çempionlar Liqasının II təsnifat mərhələsində "Neftçi"ni keçəcəkləri təqdirdə komandasına pul mükafatı vəd edib.

Qol.Az-ın məlumatına görə, klub prezidenti "Neftçi" səddini keçəcək komandasına 100 min avro pul mükafatı verəcəyini açıqlayıb.

"Komandamız hazırda çox yaxşı formadadır. Təbii ki, Korçada baş tutacaq cavab matçında qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Şübhəsiz ki, "Neftçi" kimi güclü komanda ilə qarşılaşacağıq. Ancaq ilk oyun göstərdi ki, mərhələ keçə bilərik və bəxt də bizə kömək olmalıdır. Əgər komandamız tarix yazmağı bacarsa, o zaman mükafatlar lazımı məbləğdə olacaq. Mən də bir prezident kimi komandaya 100 min avro mükafat verəcəyəm".

Qeyd edək ki, "Skenderbeu" - "Neftçi" oyunu iyulun 23-də, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Son xəbərlər
topaz banner