"Qəbələ"nin oyunu təxirə salındı

"Qəbələ"nin oyunu təxirə salındı
XƏBƏR 20 İyul 2013 / 18:29 1572
-  A +

Avstriyanın Zalsburq bölgəsində hazırlıqlarını davam etdirən "Qəbələ"nin bu gün Bakı vaxtı ilə 20:00-a təyin olunan sınaq oyunu təxirə düşüb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu səbədən komanda yenidən normal məşq proqramını bərpa edib və matçın başlama vaxtı üçün nəzərdə tutulan saatda məşqə çıxacaq.

Xatırladaq ki, "Qəbələ" Avstriyada 3 hazırlıq matçı keçirməyi planlaşdırır. "Qırmızı-qaralar" iyulun 23-də "Gənclərbirliyi", 27-də isə "Çaykur Rizəspor"la (hər ikisi Türkiyə) üz-üzə gələcək. İyulun 25-də baş tutacaq oyunda "Qəbələ" ilə qarşılaşacaq kollektivin adı isə hələ ki, dəqiqləşməyib.

Daha çox


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner