Tito Vilanovanın "Barselona"dan ayrılmasından sonra Kataloniya klubunu çalışdırmağa namizəd olan baş məşqçilərin adları müəyyənləşib.
Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, namizədlər arasında ən çox önə çıxan 5 məşqçi var.
Bunlar ötən mövsüm "Bavariya"nı çalışdıran və məşqçi karyerasını başa vurduğunu açıqlayan Yupp Haynkes, Marselo Bielsa, Frank Raykard, Luis Karreras və "Nyuells Old Boys"un sabiq çalışdırıcısı Cerrard Martinodur. Kataloniya klubunu bu beş baş məşqçidən birinin çalışdıracağı bildirilir.
Qeyd edək ki, "Barselona"nın baş məşqçi postuna gətiriləcəyi ehtimal olunan namizədlər sırasında Filip Koku, Andre Villaş-Boaş, Ernesto Valverde və Luis Enrike adları var.
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq
Rəhim Həsənov hakim qərarlarını təsdiqlədi - Video