"Fiorentina"nın futbolçusu "Mançester Siti"yə keçdi

"Fiorentina"nın futbolçusu "Mançester Siti"yə keçdi
XƏBƏR 20 İyul 2013 / 13:46 2308
-  A +

İngiltərənin "Mançester Siti" klubu daha bir futbolçunu heyətinə qatıb.

Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, "Fiorentina"nın oyunçusu Stefan Yovetiç komandaya transfer olunub.

23 yaşlı hücumçu ilə beş illik rəsmi müqavilə imzalanıb. Ancaq transferin təzminat qiyməti barədə məlumat verilməyib.

Qeyd edək ki, Yovetiç "Mançester Siti"də 35 nömrəli forma ilə çıxış edəcək.

Son xəbərlər
topaz banner