Andre Villaş Boaşdan "Barselona" açıqlaması

Andre Villaş Boaşdan "Barselona" açıqlaması
XƏBƏR 20 İyul 2013 / 11:56 3401
-  A +

"Tottenhem"in baş məşqçisi Andre Villaş-Boaş Tito Vilanovanın "Barselona"dan ayrılması ilə Kataloniya klubuna transfer olunacağı iddialarını cavablandırıb.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, gənc mütəxəssis hazırda bunlar barədə danışmağın çox tez və düzgün olmadığını deyib:

"Çox çətin bir vəziyyətdir. Tito xəstəliyi səbəbindən istefa vermək məcburiyyətində qaldı. Buna görə də hazırda başqa bir şey barədə danışmağın vaxtı deyil. Çünki hazırda bir insanın həyatında bəhs edirik" -deyə o bildirib.

Qeyd edək ki, Tito Vilanova səhhətindəki problemlər səbəbindən "Barselona"nın baş məşqçi postundan istefa verib.


Son xəbərlər
topaz banner