"Monako"dan daha bir transfer

"Monako"dan daha bir transfer
XƏBƏR 20 İyul 2013 / 11:40 3385
-  A +

İki ildən sonra yenidən Fransa birinci liqasına yüksələn "Monako" klubu daha bir futbolçunu heyətinə qatıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, klub Portuqaliyanın "Riu Avi"sinin müdafiəçisi Fabio Enrike Tavaresi (Fabinyo) icarəyə götürüb.

Futbolçunun bir mövsüm Fransa təmsilçisində çıxış edəcəyi bildirilib.

Qeyd edək ki, 19 yaşlı futbolçu ötən mövsüm Madrid "Real"ında icarə əsasında forma geyinib.

Son xəbərlər
topaz banner