“Dünənki oyunda “Qarabağ”a mütləq qələbə lazım idi. Bunu da bacardı. Ancaq əfsuslar olsun ki, qapısından qol buraxdı. Yaxşı ki, komanda özündə güc tapdı və xarakter göstərərək iki qol vurub, qalib gəldi”.
Qol.Az saytına açıqlamasında bu sözləri Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov Avroliqanın II təsnifat mərhələsində mübarizə aparan klublarımız haqda danışarkən deyib.
Təcrübəli mütəxəssis bildirib ki, “Qarabağ” öz meydanında qapısından qol buraxsa da, yenə də mərhələ adlamaq üçün yaxşı şansı var: “İstənilən halda 2:1 hesablı qələbə “Qarabağ”ın üstünlüyü deməkdir. Həm də “Piast” öz meydanında açıq futbol oynaya bilər. Çünki hesabda geridir. Belə olsa, “Qarabağ” üçün bir qol vurmaq şansı artacaq ki, bu da rəqibi pis vəziyyətdə qoya bilər. Ancaq inanmıram ki, Polşa klubu ehtiyatı əldən versin və ilk dəiqqələrdən kor-koranə hücuma atılsın. Polşa klubları həmişə güclü olub. Dünənki oyunda da biz bunun şahidi olduq”.
Milli komandamızın sabiq baş məşqçisi “İnter” və “Xəzər Lənkəran”ın çıxışı haqda da danışıb. Onun sözlərinə görə hər iki klubumuzun rəqibi çox güclüdür və komandalarımız üçün mərhələni keçmək çətin olacaq: “Ancaq Avropada uğur qazanmaq istəyən komanda bu rəqibləri keçib irəli getməlidir. Onsuz da Avropada asan keçiləsi komanda yoxdur. “İnter”in səfərdə 0:2 hesabı ilə uduzmağı onun işini çox ağırlaşdırdı. Çünki “İnter” Bakıda çətin ki, rəqibə üç qol vursun. Həm də bu komandanın oyunçu problem var. Ona görə də “İnter” üçün cavab matçı çətin olacaq. “Xəzər Lənkəran”ın oyununda da elə bir irəliləyiş görmədim. I təsnifat mərhələsində Malta klubuna qarşı necə çıxış etmişdisə, “Makkabi” (Hayfa) ilə də elə oynadı. “Xəzər Lənkəran”ın oyununda problemlər var. Oyunçular bir-birini yaxşı anlamır. Bundan başqa yaranmış vəziyyətlərdən istifadə edə bilmirlər. Hesab 1:0 olanda Nildo yaxşı qol imkanından istifadə edə bilmədi. Ləng tərpəndiyi üçün müdafiəçi topu çıxardı. Daha sonra “Makkabi” ikinci qolu vurdu və “Xəzər Lənkəran”ın ümidini azaltdı. Azərbaycan çempionatından fərqli olaraq, Avropa oyunlarında yeganə şansdan da istifadə etməlisən. Yenə də komandalarımız ümidlərini itirməməlidir. Əgər başlarından yuxarı tullanmağı bacarsalar, mərhələni keçərlər”.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi