Kapello: "Neymar və Messinin qarşısını almaq çətin olacaq”

Kapello: "Neymar və Messinin qarşısını almaq  çətin olacaq”
XƏBƏR 19 İyul 2013 / 15:25 2451
-  A +

"Neymar və Messinin qarşısını almaq çox çətin olacaq. Hər şeydən əvvəl hər ikisi rahat qol vura bilirlər. Bu isə "Barselona"nın kubokları qazanmasında çox önəmli rol oynayacaq".

Qol.Az-ın məlumatına görə, bu sözləri Rusiya milli komandasnın baş məşqçisi Fabio Kapello “Barselona”nın hücumçuları Messi və Neymar haqqında danışarkən deyib.

Karlo Ançelottinin "Real"a getməsinə də münasibət bildirən təcrübəli mütəxəssis qeyd edib ki, o, Madrid klubunda uğurlar əldə edəcək: "Real"a transfer olduğunuz zaman klubun futbolçulardan, baş məşqilərdən və azarkeşlərdən öncə gəldiyini unutmamalısınız. Burada ən önəmli adam olmağa çalışmamalısınız. Ançelotti möhtəşəm bir baş məşqçi olmaqla yanaşı, həm də ağıllıdır. O, "Real"da uğurlar əldə edəcək" .


Son xəbərlər
topaz banner