“Qarabağ” UEFA tərəfindən cəzalandırıla bilər. Buna səbəb Avroliqanın II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində dünən Bakıda keçirilən “Piast”la matçda “Qarabağ” azarkeşlərin meydançaya partlayıcı maddə olan petarda atması olub.
Qol.Az saytına açıqlamasında “Qarabağ”ın meneceri Asif Əsgərov bildirib ki, azarkeşlərin bu hərəkətinə görə klubu ciddi cəza gözləmir: “Buna görə klub maksimum pul cəriməsi ilə cəzalandırıla bilər. Futbola gözəllik verən azarkeşlər çox vaxt belə edir. Bunun da cəzasını klub çəkir”.
Qeyd edək ki, avrokuboklarda bu kimi hərəkətlərə görə kluba ev oyunlarını azarkeşsiz keçirməsi kimi təcrübə də var.
A.Əsgərov isə deyib ki, azarkeşsiz oyun keçirmək və bu kimi cəzalardan söhbət gedə bilməz: “Pul cəriməsinin verilməsi UEFA-nın qərarından asılıdır. Əgər UEFA nümayəndələri yazdığı raportda məsələni şişirtməyibsə, cəza verilməyə də bilər. Bir həftə ərzində belə məsələlərlə bağlı qərar çıxarılır”.
Klub rəsmisi bu hadisəyə baxmayaraq, azarkeşlərdən razılığını bildirib: “Azərkeşlərə sözüm odur ki, gəlsinlər, komandaya dəstək versinlər. İlk oyunla müqayisədə dünən daha çox azarkeş var idi. Komandamız möhtəşəm dəstək hiss etdi. Buna görə onlara təşəkkür edirik. Ancaq elə etmək lazımdır ki, kluba da ziyan dəyməsin. Kluba cəza gətirəcək hərəkətlərdən çəkinmək lazımdır”.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi