Mourinyo "Real"ın futbolçusunu istəyir

Mourinyo "Real"ın futbolçusunu istəyir
XƏBƏR 19 İyul 2013 / 14:08 3393
-  A +

"Real" (Madrid) klubunun hücumçusu Qonzalo İquainə təkliflər gəlməkdə davam edir.

Qol.Az-ın "AS" qəzetinə istinadən verdiyi məlumata görə, "Arsenal"ın ardından bu dəfə "Çelsi" argentinalı futbolçu üçün hərəkət keçib.

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo yeni mövsümdən 25 yaşlı futbolçunu komandasında görmək istəyir. Lakin "Real"ın İquain üçün yüksək məbləğ tələb etməsi London klublarının işini çətin salır.

Qeyd edək ki, İquain ötən mövsü La Liqada keçirdiyi 37 oyunda 17 qola imza atıb.

Daha çox


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner