“Qələbə qazanmağımıza görə çox sevindik. Ancaq artıq ilk oyun arxada qaldı. Əsas oyun Polşada olacaq. İndidən qələbəni bayram etmək çox tezdir. Öz meydanımızda 2:1 hesabı ilə qalib gəlməyimiz böyük üstünlüyümüz olmasa da, turu keçəcəyimizə inamı artırır”.
Qol.Az saytına açıqlamasında bu sözləri “Qarabağ” klubunun direktoru Əmrah Çəlikəl komandasının Avroliqanın II təsnifat mərhələsində “Piast” klubuna qarşı keçirdiyi oyun (2:1) haqqında danışarkən deyib.
Klub rəsmisi “Qarabağ”ın hər iki ev oyununda azarkeş dəstəyinin az olmasına da münasibət bildirib və bunun səbəblərini açıqlayıb: “Əsas odur ki, oyuna gələn azarkeşlərimiz yetərincə fəal olur. Bu, bizi sevindirir. Stadionun dolmamasına gəldikdə isə, biz bunun üçün hər şey etmişik. Hər yerdə kifayət qədər oyunun təbliğatını aparmışıq. Ancaq insanların seçiminə daha dərindən təsir edə bilmərik. Oyunu televiziya vasitəsi ilə izləməyə üstünlük verənlər də oldu. Çünki “İnter” və “Xəzər Lənkəran” komandalarının da oyununa baxmaq istəyənlər çox idi”.
Ə.Çəlikəl bir daha azarkeşləri “Qarabağ”a dəstək olmağa çağırıb. O qeyd edib ki, “Qarabağ”ın adına görə hamı bu komandaya dəstək olmalıdır: “Qarabağ” təkcə bizim komanda deyil. “Qarabağ” hər bir azərbaycanlının komandasıdır. Ona görə də bu komandanı dəstəkləmək hər bir azərbaycanlının borcudur”.
Ə. Çəlikəl “Qarabağ”ın transfer siyahısında bir futbolçunun olduğunu vurğulayıb. Onun sözlərinə görə, komanda yarımmüdafiəçi ilə güclənmək fikrindədir: “Futbolçuya təklifimizi göndərmişik. Hazırda onunla danışıqlar gedir”.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi