"Sumqayıt"dan daha bir transfer

"Sumqayıt"dan daha bir transfer
XƏBƏR 19 İyul 2013 / 01:54 1789
-  A +

"Sumqayıt" klubu 2013/14 mövsümü üçün transfer çalışmalarını davam etdirir.
 
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ötən mövsümü klubda icarə əsasında keçirmiş Slavik Alxasov daha 1 il "Sumqayıt"da qalacaq.

20 yaşlı müdafiəçi Sumqayıt təmsilçisi ilə bir illik müqavilə imzalayıb.

Qeyd edək ki, Slavik Alxasov ötən mövsüm Topaz Premyer Liqasında 29 oyunda 2610 dəqiqə meydanda olub.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner