Xabi Alonsonun bərpa prosesi gecikir

Xabi Alonsonun bərpa prosesi gecikir
XƏBƏR 19 İyul 2013 / 01:04 1582
-  A +

Bir müddət öncə qasıq nahiyyəsindən əməliyyat olunan "Real" (Madrid) klubunun yarımmüdafiəçisi Xabi Alonsonun bərpa prosesi gecikir.

Qol.Az-ın məlumatına görə, ispaniyalı futbolçu hələlik yalnız xüsusi proqram üzrə fərdi məşqlərlə kifayətlənir.

Həkimlər Alonsonun ən tezi sentyabrın sonunda, oktyabrın əvvəllərində yaşıl meydanlara qayıda biləcəyini deyirlər. "Real"ın baş məşqçisi Karlo Ançelotti isə 31 yaşlı futbolçunu mövsümün əvvəlindən heyətdə görmək istəyir. 
 
Qeyd edək ki, Ançelottinin Alonsonun əvəzinə əsas heyətdə Kakanı oynadacağı gözlənilir.


Son xəbərlər
topaz banner