"Beşiktaş" Avroliqada iştirak edəcək

"Beşiktaş" Avroliqada iştirak edəcək
XƏBƏR 18 İyul 2013 / 17:43 3895
-  A +

Türkiyənin "Fənərbaxça" klubunun Çempionlar Liqasında iştirak etmək hüququ almasının ardından "Beşiktaş" da yenidən Avrokuboklarda iştirak edə biləcək.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, "qara qartallar"ın Beynalxalq Arbitraj məhkəmsinə etdiyi müraciət qəbul edilib. Məhkəmə UEFA-nın "Beşiktaş"a verdiyi bir illik cəzanı dondurub.

Bu barədə klubun idarə heyətinin üzvü Melih Sami Esen açıqlamasında deyib: "UEFA Avropa Liqasının püşkatma mərasiminə qatılacağıq" - deyə o bildirib.

Qeyd edək ki, UEFA "Beşiktaş"ın bir il müddətində Avroliqada iştirak etməsinə qadağa qoymuşdu.


Son xəbərlər
topaz banner