Platye: "Növbəti mərhələyə "Neftçi" keçəcək"

Platye: "Növbəti mərhələyə "Neftçi" keçəcək"
XƏBƏR 18 İyul 2013 / 15:47 3076
-  A +

Neftçi”nin  futbolçusu Melvin Platye “Skenderbeu” ilə oyundan (0:0) sonra açıqlamalar verib.

Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına danışan hollandiya hücumçu   çox yaxşı oyun nümayiş etdirdiklərini deyib: "Əla qol şanslarımız oldu. Rəqib bütün komanda ilə müdafiəyə çəkildiyindən, qol vurmaq çətin idi. Bununla belə, fərqlənmək üçün kifayət qədər imkanlarımız var idi. Bu mənim “Neftçi”nin heyətində ilk rəsmi oyunum idi. Buna baxmayaraq, qol şansları qazandım, lakin təəssüf ki, bunlardan istifadə edə bilmədim. İlk qarşılaşma olduğundan, təbii ki, əvvəlcə həyəcan var idi. Lakin meydana çıxandan sonra azarkeşlərin möhtəşəm dəstəyi sayəsində həyəcanı boğa bildim. Fanatlar məni təəccübləndirdi, açığı, onlardan belə güclü dəstək gözləmirdim. Özümü evdəki kimi hiss edirdim".

Platye bildirib ki, səfərdəki matçdan istədikləri nəticəni əldə edərək növbəti mərhələyə adlayacaqlar: "Ruhdan düşmək lazım deyil. Əminəm ki, səfərdə istədiyimiz nəticəni qazanacağıq. Növbəti mərhələyə keçən tərəf “Neftçi” olacaq”.


Son xəbərlər
topaz banner