“Barselona” İsrail və Fələstində məşq edəcək

“Barselona” İsrail və Fələstində məşq edəcək
XƏBƏR 18 İyul 2013 / 15:05 1703
-  A +

"Barselona" İsraillə Fələstin arasında münasibətlərin yaxşılaşdırılmasına kömək etmək məqsədilə hər iki ölkədə də təlim-məşq toplantısı keçirəcək.

Qol.Az-ın İspaniya mətbuatna istinadən verdiyi məlumata görə, Kataloniya klubunun yeni mövsüm öncəsi açıqladağı hazırlıq proqramında Fələstin və İsrailə səfər də yer alıb.

"Barselona" avqustun 3-ü Fələstində, avqustun 4-ü isə İsraildə hazırlıqlarını davam etdirəcək. Təlim-məşq çərçivəsində hər iki ölkənin futbolsevərləri ilə görüşəcək "Barselona" klubu bir necə rəsmi şəxs tərəfindən də qəbul ediləcək.


Son xəbərlər
topaz banner