"Qarabağ" - "Piast" oyununa nə qədər bilet satılıb?

"Qarabağ" - "Piast" oyununa nə qədər bilet satılıb?
XƏBƏR 18 İyul 2013 / 14:05 3606
-  A +

Avroliqanın II təsnifat mərhələsinin  ilk oyunu çərçivəsində bu gün keçiriləcək “Qarabağ” – “Piast” matçına bilet satışı davam edir.

Qol.Az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna 7 mindən artıq bilet satılıb. Bu göstərici bu gün saat 12:00-da qeydə alınıb. Ona görə də oyunun başlama vaxtına qədər  bu göstəricinin artacağı istina deyil.

Qeyd edək ki, “Qarabağ” – “Piast” matçı saat 21:00-da start götürəcək.


Son xəbərlər
topaz banner