Ramal Hüseynov rəsmən “Bucaspor”da

Ramal Hüseynov rəsmən “Bucaspor”da
XƏBƏR 18 İyul 2013 / 11:08 2945
-  A +

Ötən mövsüm "Qaradağ Lökbatan"ın forması geyən Ramal Hüseynov futbolçu karyerasnı Türkiyədə davam etdirəcək.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bir müddətdir, birinci liqa təmsilçisi "Bucaspor"da baxışda olan 29 yaşlı Hüseynov komandaya transfer olunub. Futbolçumuzla iki illik rəsmi müqavilə imzalanıb.

Ramal Hüseynov imzalanma mərasimindən sonra deyib ki, klubun uğuru üçün əlindən gələni edəcək.

Qeyd edək ki, bu Hüseynovun Türkiyə klublarında ilk çıxışı olmayacaq.Belə ki, yarımmüdafiəçi 2008/2009 mövsümündə Türkiyənin "Kocelaelispor" komandasında da oynayıb.


Son xəbərlər
topaz banner