"Tromse"nin kapitanı "Qarabağ"ın "Rusenburq"la oyununu xatırladı

"Tromse"nin kapitanı "Qarabağ"ın "Rusenburq"la oyununu xatırladı
XƏBƏR 18 İyul 2013 / 01:43 2850
-  A +

"Tromse" klubunun kapitanı Miika Kopinen "İnter"lə oyunöncəsi keçirilən mətbuat konfransında qarşıdakı görüşlə bağlı fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, finlandiyalı futbolçu Azərbaycan futbolu ilə tanış olduğunu bildirib:

"Azərbaycan futbolu ilə yaxşı tanışam. "Qarabağ"ın 4 il öncə Avroliqada "Rusenburq"la görüşünü izləmişəm. "Rusenburq" kimi komandanı keçmək "Qarabağ" üçün böyük şərəfdir. Finlandiya millisinin heyətində Azərbaycan yığmasına qarşı da oynamışam. Həmin oyunda biz qalib gəlmişdik. Ümumiyyətlə Azərbvaycan klublarına qarşı oyunlarda məğlub olmamışam. Düşünürəm ki, bu seriya davam edəcək".

Qeyd edək ki, "Tromse" - "İnter" matçı sabah, Bakı vaxtı ilə 22:00-da başlayacaq.


Son xəbərlər
topaz banner