"Makkabi"nin kapitanı: "Xəzər Lənkəran"ı keçə bilməsək..."

"Makkabi"nin kapitanı: "Xəzər Lənkəran"ı keçə bilməsək..."
XƏBƏR 18 İyul 2013 / 00:26 3346
-  A +

"Xəzər Lənkəran"la oyun maraqlı və çox həyəcanlı olacaq. Avrokuboklarda hər mərhələ bizim üçün vacibdir".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Makkabi" (Hayfa) klubunun kapitanı Yaniv Katan ölkəsinin mətbuatına açıqlamasında deyib.

Y.Katan "Xəzər Lənkəran"ı keçə bilməyəcəkləri təqdirdə bunun onlar üçün uğursuzluq olacağını bildirib: "Uzun illər ilk mərhələni uğurla keçmişik. Ancaq bu dəfə "Xəzər Lənkəran"ı keçə bilməsək, bu, bizim üçün uğursuzluq olacaq. Meydanda öz təcrübəmi və bacarığımı qoymağa çalışacağam. Rəqibi qiymətləndirməliyik. Əks təqdirdə bu bizə baha başa gələr".

Qeyd edək ki, "Makkabi" - "Xəzər Lənkəran" oyunu bu gün, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.


Son xəbərlər
topaz banner