Blatter: "Dünya çempionatı yayda keçirilməməlidir"

Blatter: "Dünya çempionatı yayda keçirilməməlidir"
XƏBƏR 18 İyul 2013 / 00:05 1504
-  A +

FİFA-nın prezidenti Sepp Blatter 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatı haqqında danışıb.

Qol.Az-ın məlumatına görə, FİFA prezidenti "Bild"ə açıqlamasında futbolçuların istidən qorunması üçün çempionatın yayda keçirilməməsinin lazım olduğunu deyib:

"Qətər kiçik bir ölkədir. Ancaq dünya çempionatı bir xalq şənliyi olacaqsa, futbol yayda oynanılmamalıdır. Stadionları soyuda bilərsiniz, ancaq bütün ölkəni istidən qurtara bilməzsiniz".

Oktyabr ayında keçiriləcək iclasda bu barədə qərarın veriləcəyəni deyən Blatter qurumun üzvlərinin də bu təklifi dəstəkləyəcəklərinə inandığını bildirib.

Son xəbərlər
topaz banner