"Piast"ın baş məşqçisi: "Bu, bizim üçün bəhanə olmayacaq"

"Piast"ın baş məşqçisi: "Bu, bizim üçün bəhanə olmayacaq"
XƏBƏR 17 İyul 2013 / 21:57 1916
-  A +

"Bakıda olduğuma görə çox şadam. "Qarabağ"da yaxşı futbolçuların oynadığını bilirəm. Sabahkı oyuna yaxşı hazırlaşmışıq. Bakıda yaxşı nəticə qazanaraq evdə mərhələni keçməyə çalışacağıq".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Piast" klubunun baş məşqçisi Marçin Brosz "Qarabağ"la oyunöncəsi bu gün keçirilən mətbuat konfransında deyib. 

Təcrübəli mütəxəssis rəqiblərinə hörmətlə yanaşdıqlarını bildirib: "Rəqibə hörmətlə yanaşırıq. Ancaq Bakıdan sərfəli nəticə ilə qayıtmaq istəyirik. Bakıda hava olduqca istidir. Lakin bu, bizim üçün bəhanə olmayacaq".

Qeyd edək ki, "Qarabağ" - "Piast" oyunu sabah, saat 21:00-da başlayacaq. 


Son xəbərlər
topaz banner