Hakimlərimiz Polşada 5 oyun idarə edəcəklər

Hakimlərimiz Polşada 5 oyun idarə edəcəklər
XƏBƏR 17 İyul 2013 / 16:00 1216
-  A +

Polşanın Visla şəhərində təlim-məşq toplanışında olan hakimlərimiz hazırlıq prosesi çərçivəsində bu gün 5 oyun idarə edəcəklər.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Anar Salmanov, Yaşar Abbasov və Namiq Hüseynov Poloniya - GKS Tychy qarşılaşmasında, Orxan Məmmədov, Rahil Ramazanov və Knyaz Əmiraslanov Zaqlebiye - Gugnik oyununda meydana çıxacaqlar.

Aşağıda qeyd olunmuş digər 3 briqadanın konkret hansı oyunları idarə edəcəyi isə stadionda müəyyənləşəcək:

Namiq Bəkirov, Elşən Acalov, İsgəndər Əliyev
Sərxan İsmayılov, Azər Əsgərov, Rəvan Həmzəzadə
Ramil Diniyev, Rza Məmmədov, Akif Əmirəli

Son xəbərlər
topaz banner