"Mançester Yunayted" "Çelsi"nin təklifini rədd etdi

"Mançester Yunayted" "Çelsi"nin təklifini rədd etdi
XƏBƏR 17 İyul 2013 / 15:11 2663
-  A +

"Mançester Yunayted" klubu "Çelsi"nin Ueyn Runi üçün gönədirdiyi təklifi rədd edib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, London klubu Ueyn Runinin transferi üçün 11,5 milyon avro və Xuan Mata, ya da David Luizdən birinci təklif edib.

Lakin "qırmızı şeytnalar" bu təklifi qəbul etməyib. İlk təklif rədd edilməsinə baxmayaraq, "Çelsi"nin ingilis hücumçu üçün yenidən "Mançester Yunayted"ə müracitə edəcəyi bildirilir.

Qeyd edək ki, "MY"nın baş məşqçisi David Moyesin son açıqlamasında Runiyə yanız Robin Van Persinin zədələndiyi təqdirdə ehtiyac duyacaqlarını deməsinin ardından ingilis futbolçunun yenidən komandadan ayrılmaq istədiyi iddia edilir.

Son xəbərlər
topaz banner