"Milan" "Barselona"nın hücumçusunu istəyir

"Milan" "Barselona"nın hücumçusunu istəyir
XƏBƏR 17 İyul 2013 / 14:52 3024
-  A +

"Barselona"nın hücumçusu Aleksiz Sançez karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Qol.Az-ın məlumatına görə, 24 yaşlı futbolçu "Milan"ın maraq dairəsinə düşüb.

Milan təmsilçisi artıq futbolçu ilə danışıqlara başlayıb. İtaliya nəhəngi Sançezin transferi üçün Kataloniya klubuna 8 milyon avro təklif edib. Lakin "Barselona" hələlik bu təklifə heç bir münasibət bildirməyib.

Qeyd edək ki, Sançez ötən mövsüm "Barselona"nın heyətində 29 oyun keçirib və 9 qola imza atıb.


Son xəbərlər
topaz banner