PSJ Ronaldonu transfer etməyəcək

PSJ Ronaldonu transfer etməyəcək
XƏBƏR 17 İyul 2013 / 14:26 2312
-  A +

PSJ-nin sahibi Nasser Əl-Xəlafi klubun maraqlandığı iddia edilən "Real"ın futbolçusu Kriştiano Ronaldo haqda danışıb.

Qol.Az-ın Fransa mətbuatına istinadən verdiyi məlumata görə, qətərli iş adamı bu yay portuqaliyalı hücumçunu transfer etmək istəmədiklərini deyib:

"Ronaldo dəftərini bu yay üçün bağlanmışıq. Əgər onu transfer etmək istəsəm, Madrid klubunun prezidentinə zəng edərəm. Amma indi belə bir niyyətimiz yoxdur. Ronaldonun klubu ilə iki illik müqaviləsi var. Ona orada uğurlar arzu edirəm" - deyə Əl-Xəlafi bildirib.

Qeyd edək ki, PSJ-nin Ronaldonun transferi üçün 100 milyon avro verməyə hazır olduğu bildirilirdi.


Son xəbərlər
topaz banner