Levandovski “Borussiya”da qaldı

Levandovski “Borussiya”da qaldı
XƏBƏR 17 İyul 2013 / 13:42 1656
-  A +

"Borussiya"nın (Dortmund) futbolçusu Robert Levandovskinin yeni mövsümdə də hazırkı klubunun formasını geyəcək.

Qol.Az-ın məlumatına görə, polşalı hücumçu "Bild"ə açıqlamasında komandadan ayrılmayacağını deyib. "Borussiya"da qalmağı qəbul etdim" - deyə Levandovski bildirib.

Xatırladaq ki, 24 yaşlı oyunçunu "Bavariya" transfer etmək istəyirdi. Robert Münhen təmsilçisinə getmək istəsə də, Dortmund klubu bu transferə razılıq verməmişdi.

Qeyd edək ki, hücumçunun gələn mövsüm bitdikdən, yəni müqaviləsi başa çatdıqdan sonra "Bavariya"ya transferi olunması gözlənilir.


Son xəbərlər
topaz banner