İbrahimoviçin fikri “Real”da qalıb

İbrahimoviçin fikri “Real”da qalıb
XƏBƏR 17 İyul 2013 / 13:23 2360
-  A +

PSJ-nin futbolçusu Zlatan İbrahimoviç yeni mövsümdən "Real"ın (Madrid) formasını geymək istəyir.

Qol.Az-ın İspaniyanın "AS" qəzetinə istinadən verdiyi məlumata görə, bu transferin gerçəkləşməsi üçün isveçli hücumçu illik aldığı maaşın azaldılmasın da razıdır.

31 yaşlı oyunçunun Madrid klubuna getmək istəməsinin isə iki səbəb var. Bunlardan birincisi Paris təmsilçisindən ayrılaraq "Real"a gedən baş məşqçi Karlo Ançelottidir. Belə ki, italiyalı mütəxəssislə çox yaxşı anlaşan İbrahimoviç yenidən sabiq baş məşqçisi ilə çalışmaq istəyir. İkinci səbəb isə futbolçunun "Barselona"ya rəqib olma arzusudur. Bir vaxtlar Kataloniya klubunda forma geyən Zlatan "Barsa"da yaxşı günlər keçirmədiyi üçün keçmiş komandasına qarşı oynamaq istəyir.

Qeyd edək ki, Madrid klubu isveçli hücumçunu heyətinə qatmaq istəsə də, PSJ-nin yüksək məbləğ istəməsi bu transferin hələlik baş tutmamasına səbəb olur.


Son xəbərlər
topaz banner