"Barselona"nın oyunçuları ilə maraqlanırıq"

"Barselona"nın oyunçuları ilə maraqlanırıq"
XƏBƏR 17 İyul 2013 / 12:18 2402
-  A +

PSJ-nin prezidenti Nasser Əl-Xelafi gündəmdə olan məsələlərlə bağlı maraqlı açıqlamalar verib.

Qol.Az-ın Fransa mətbuatına istinadən verdiyi məlumata görə, Qətərli iş adamı Tiaqo Silvanın "Barselona"ya transfer olunacağı barədə iddialara münasibət bildirərkən deyib:

"Silvanın 4 illik müqaviləsi var və o, klubda qalacaq. Avqustun 3-də "Bordo" ilə hazırlıq matçında Silva meydanda olacaq. o, "Barselona"ya getməyəcək. Biz də Kataloniya klubunun oyunçuları ilə maraqlanırıq".

Ancaq klub prezidenti transfer etmək istədiyi "Barselona"lı futbolçuların adlarını söyləməyib.

 

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner