“Rəvan” Türkiyə Superliqası klubu ilə qarşılaşacaq

“Rəvan” Türkiyə Superliqası klubu ilə qarşılaşacaq
XƏBƏR 17 İyul 2013 / 12:04 1479
-  A +

Yeni mövsümə hazırlığını Sloveniyada davam etdirən "Rəvan”ın adıçəkilən ölkədə keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərinin adları məlum olub.

Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, komanda Mariborda ən azı 3 yoldaşlıq görüşü keçirəcək.

İlk oyun bu gün keçiriləcək. "Rəvan”ın ilk sparrinq-rəqibi yerli klublardan "Aluminiy” olacaq. Ötən mövsüm Sloveniya kubokunda yarımfinala yüksəlmiş Kidriçevo təmsilçisi ilə oyun yerli vaxtla saat 18:00-da başlayacaq.

Ardından iyulun 21-də Serbiya elitasının nümayəndəsi "Çukariçki” ilə matç olacaq. 3 gün sonra isə Türkiyə Superliqasının təmsilçisi "Karabükspor” rəqib qismində çıxış edəcək. Bu oyunlar da yerli vaxtla saat 18:00-da start götürəcək.

Qeyd edək ki,  komandanın Mariborda daha 1 yoxlama matçı keçirmək ehtimalı var. Bu barədə danışıqlar davam etdirilir.


Son xəbərlər
topaz banner