Mourinyo: "Onlara baxın, heyvan kimi çalışırlar"

Mourinyo: "Onlara baxın, heyvan kimi çalışırlar"
XƏBƏR 17 İyul 2013 / 11:10 2836
-  A +

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo yeni mövsümə hazırlıqları barədə danışıb.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, portuqaliyalı mütəxəssis komandada yenidən təcrübəli futbolçularla çalışmaqdan məmnun olduğunu deyib:

"Keçmiş oyunçularımda gördüklərim məni sevindirir. 32, 35 yaşlarındakı Con Terri, Eşli Koul və Frənk Lempardın yaxşı çalışması mənim üçün də rahat olur, işimi asanlaşdırır".

Mourinyo bildirib ki, məhz onların bur cür çalışmasını hər zaman gənc futbolçulara nümunə olaraq göstərir: "Onlara baxın. Bir dəqiqə belə durmurlar. Heyvan kimi çalışırlar, rəqabət edirlər. Siz 18,19,21 yaşındakı gənclər mənə bunu edə bilməyəcəyinizi söyləməyin deyirəm".

Son xəbərlər
topaz banner