"Mançester Siti"nin futbolçusu "Roma"ya keçdi

"Mançester Siti"nin futbolçusu "Roma"ya keçdi
XƏBƏR 17 İyul 2013 / 10:46 2460
-  A +

"Mançester Siti"nin sabiq futbolçusu Maykon Duqlasın yeni klubu müəyyənləşib.

Qol.Az-ın məlumatına görə, ötən mövsüm İngiltərə klubunda yetəri qədər forma şansı verilməyən braziliyalı müdafiəçi "Roma" ilə rəsmi müqavilə imzalayıb.

Bu barədə klubun rəsmi saytından açıqlama verən İtaliya təmsilçisi Maykona "xoş gəldin" mesajı da göndərib. Futbolçunun "Roma"da illik 2 milyon avro qazanacağı söylənilir.

Qeyd edək ki, Maykon ötən mövsüm "Mançester Siti" ilə 11 oyunda iştirak edib.


Son xəbərlər
topaz banner