Kavani PSJ-yə keçməsinin səbəbini açıqladı

Kavani PSJ-yə keçməsinin səbəbini açıqladı
XƏBƏR 17 İyul 2013 / 10:32 1947
-  A +

PSJ-nin yeni transferi Edinson Kavani ilk açıqlamalarını verib.

Qol.Az-ın Fransa mətbuatına istinadən verdiyi məlumata görə, keçirilən mətbuat konfransında uruqvaylı hücumçu yeni klubunun çox güclü olduğunu deyib:

"Çempionlar Liqasında birincilik uğrunda mübarizə apara bilərik. Klubumda ÇL-in qalibi olmaq istəyirik. Bura gəlməyimin də əsas səbəbi budur. Azarkeşlər mənim hər oyunda qələbə qazanmaq üçün çalışdığımı bilməlidir. Bu transferi gerçəkləşdirən hər kəsə, o cümlədən "Napoli"yə təşəkkürümü bildirirəm".

Zlatan İbrahimoviçlə birlikdə oynamaq istəmədiyi ilə bağlı yayılan xəbərlər barədə isə Kavani belə deyib. "İbrahimoviç dünyanın ən yaxşı futbolçularından biridir. Onunla yan-yana oynamaq zövqlü olacaq" - deyərək hücumçu xəbərlərə təkzib edib.

Qeyd edək ki, Kavani PSJ ilə beş illik müqavilə imzalayıb.

Son xəbərlər
topaz banner