"Barselona" 30 milyon avroluq təklifi rədd etdi

"Barselona" 30 milyon avroluq təklifi rədd etdi
XƏBƏR 16 İyul 2013 / 18:55 3109
-  A +

"Barselona" klubu futbolçusu Sesk Fabreqas üçün "Mançester Yunayted"dən gələn 30 milyon avroluq təklifi rədd edib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, Kataloniya klubunun baş məşqçisi Tito Vilanova ispan oyunçu üçün təkliflərin gəldiyini təsdiqləyib.

Lakin təcrübəli mütəxəssis Fabreqası satmayacaqlarını bildirib: "Təklif gəldiyini bilirəm. Onunla danışdım və Fabreqas mənə burada qalmaq və "Barselona" ilə yeni uğurlar əldə etmək istədiyini söylədi".
 
Qeyd edək ki, Fabreqas 2011-ci ildə "Arsenal"dan "Barselona"ya transfer olunmuşdu.


Son xəbərlər
topaz banner