"Çelsi"nin futbolçusu "Trabzonspor"a doğru

"Çelsi"nin futbolçusu "Trabzonspor"a doğru
XƏBƏR 16 İyul 2013 / 18:02 3034
-  A +

"Çelsi"nin sabiq futbolçusu Floran Maluda yeni mövsümdən Türkiyə superliqasında forma geyə bilər.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, "Trabzonspor" klubu 33 yaşlı oyunçu ilə ilkin müqavilə imzalayıb.

Hazırda heyətində 11 legioner futbolçu olan Trabzon təmsilçisinin bəzi əcnəbi oyunçuları komandadan göndərdikdən sonra Maluda ilə rəsmi müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, ötən mövsüm "Çelsi" ilə heç bir matçda forma geyinməyən fransalı futbolçunun London klubu ilə sözləşməsi başa çatıb.

Son xəbərlər
topaz banner