İtaliya Futbol Federasiyası 20 futbolçunu cəzalandırdı

İtaliya Futbol Federasiyası 20 futbolçunu cəzalandırdı
XƏBƏR 16 İyul 2013 / 17:40 2095
-  A +

İtaliya Futbol Federasiyası (İFF) 2008-ci ildə keçirilən "Bari" -"Treviso" və "Salernitana" - "Bari" matçlarının danışılmış oyunlar olub-olmaması barədə qərarını açıqlayıb.

Qol.Az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, hər iki qarşılaşmanın danışılmış oyunlar olduğu təsdiqlənib.

Buna görə də təxmini 20 futbolçu federasiya tərəfindən cəzalandırılıb.
Cəzalandırılan futbolçular arasında Belçika milli komandasının qapıçısı Jin-Frankois Jillet də olub. Belə ki, 2008-ci ildə "Bari"də forma geyinən ancaq indi futbol karyerasını "Torino"da davam etdirən 33 yaşlı qolkiper 3 il 7 ay yaşıl meydanlardan uzaqlaşdırılıb.

O cümlədən İtaliya ikinci liqasında mübarizə aparan "Bari" yeni mövsümə mənfi 1 xalla başlayacaq.




İFF tərəfindən Cəzalandırılan futbolçular bunlardır:

Massimo Qansi və Casimo D'Angelo: 4 il.
Qanluka Galasso: 3 il 7 ay.
Rafaele Byanko, Simone Bonomi, Françesko Kaputo, Daniele De Vezze, Luka Fusko, Stefano Quberti, Vitali Kutuzov, Alessandro Parisi, İvan Rayçiç və Vinkenzo Santoruvo: 3 il 6 ay
Kristian Stellini: 6 ay
Nikola Santoni: 9 ay
Alessandro Qazzi: 3 ay 10 gün
Simone Kavalli: 4 ay
Marko Esposito: 20 ay
Andrea Masiello: 3 ay 15 gün
Paulo Vitor de Souza Barreto, Qovanni Markiz: 3 ay 19 gün
David Lanzafame: 16 ay

Son xəbərlər
topaz banner