"Piast" viza problemini həll etdi, Bakıya gəlir

"Piast" viza problemini həll etdi, Bakıya gəlir
XƏBƏR 16 İyul 2013 / 16:21 1799
-  A +

Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində "Qarabağ"la qarşılaşacaq Polşanın "Piast" klubu Azərbaycana səfərlə bağlı yaranmış viza problemini aradan qaldırıb.

Qol.Az-ın məlumatına görə, bu barədə klub rəsmisi Metyu Malek açıqlama verib.

M.Malek artıq bu axşam Bakıya uçacaqlarını bildirib: "Vəziyyət nəzarətə götürülüb. Artıq viza məsələsini həll etmişik. Belə ki, viza almaq üçün lazımı sənədləri səfirliyə təqdim etmişik. Bu axşam Krakovdan Bakıya uçacağıq".

Qeyd edək ki, "Piast" klubu iyulun 18-də saat 21:00-da Bakıda "Qarabağ"ın qonağı olacaq.


Son xəbərlər
topaz banner