"Bakı" Serbiya klubuna məğlub oldu (YENİLƏNİB)

"Bakı" Serbiya klubuna məğlub oldu  (YENİLƏNİB)
XƏBƏR 16 İyul 2013 / 23:34 3040
-  A +

Avstriyada təlim-məşq toplanışında olan "Bakı" klubu bu gün dördüncü yoxlama matçına çıxıb.

Qol.Az-ın məlumatına görə, Milinko Pantiçin komandası bu dəfə Serbiyanın "Donji Srem" klubu ilə qarşılaşıb.

Bu oyunda "Bakı"  1:4 hesabı ilə uduzaraq hazırlıq matçlarında ilk məğlubiyyətini alıb.

Qeyd edək ki, "Bakı" daha öncə keçirdiyi hər üç oyunda qələbə qazanıb. İlk görüşdə "Helqamor"la qarşılaşan "zolaqlılar" rəqibini 3:1 hesabı ilə məğlub etmişdi. Paytaxt təmsilçisi daha sonra "Penik"ə 8:0, SPİNS klubuna isə 2:1 hesabı ilə qalib gəlmişdi.




 16 iyul

Yoxlama görüşü

21:00. "Bakı" (Azərbaycan) – "Donji Srem" (Serbiya) - 1:4
Qol: Əfran İsmayılov,73


Son xəbərlər
topaz banner