"Bucaspor" azərbaycanlı futbolçu ilə müqavilə bağlayır

"Bucaspor" azərbaycanlı futbolçu ilə müqavilə bağlayır
XƏBƏR 16 İyul 2013 / 15:22 2401
-  A +

Türkiyə "Bucaspor"unda baxışda olan azərbaycanlı futbolçu Ramal Hüseynov yaxın günlərdə bu klubla müqavilə imzalayacaq.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, klubun mətbuat xidmətinin rəhbəri Timur Yaykıran gələn həftə üç oyunçunu heyətlərinə qatacaqlarını deyib: "Bunun üçün hər şey hazırdır. İlk mərhələdə bir müdafiəçi, hücumçu və yarımmüdafiəçi ilə müqavilə imzalayacağıq".


Yaykıran bildirib ki, transfer olunacaq oyunçular arasında böyük ehtimalla azərbaycanlı futbolçu R.Hüseynov da olacaq.

Qeyd edək ki, bundan əvvəl mətbuat xidmətinin rəhbəri futbolçumuzun oyununun məşqçilər heyəti tərəfindən bəyənildiyini demişdi.


Son xəbərlər
topaz banner