"Rəvan" Sloveniyada ilk məşqinə çıxacaq

"Rəvan" Sloveniyada ilk məşqinə çıxacaq
XƏBƏR 16 İyul 2013 / 14:09 1171
-  A +

Yeni mövsüm üçün çalışmalarına davam edən "Rəvan” hazırlığın ikinci mərhələsi çərçivəsində artıq Sloveniyadadır.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 29 nəfərlik komanda heyətində 18 futbolçu yer alıb.

Komanda iyulun 14-də Bakı vaxtı ilə saat 18:00-da uzun yolçuluğa start verib. 4 saatlıq təyyarə uçuşundan sonra Avstriyanın paytaxtı Vyanaya çatan heyət üzvləri Motsart, Bethoven və s. kimi dahilərin vətənində bir qədər dincəldikdən sonra hazırlığın baş tutacağı Mariborun yolunu tutub.
Qeyd edək ki, bu günə komandanın 2 məşqi nəzərdə tutulub.


Son xəbərlər
topaz banner