“Real” Özillə danışıqlara başladı

“Real” Özillə danışıqlara başladı
XƏBƏR 16 İyul 2013 / 14:05 1931
-  A +

"Real" futbolçusu Məsut Özillə müqaviləni yeniləmək üçün danışıqlara start verib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, futbolçuyla 2016-ci ildə bitəcək müqaviləni 2019-cu ilə qədər uzatmaq istəyən Madrid təmsilçisi Özillə bu barədə razılığa gəlməyə çalışır. Razılığın əldə edilməyəcəyi təqdirdə türk əsilli yarımmüdafiəçinin "Bavariya"ya transfer olmaq üçün "Real"dan icazə alacağı bildirilir.

Məsutun atası Mustafa Özilin bir neçə gün əvvəl Münhen təmsilçisinin bazasında görülməsi futbolçunun “Real”dan ayrılma ehtimallarının çox olması barədə iddiaların səslənməsinə səbəb olub.


Son xəbərlər
topaz banner