“Qarabağ” – “Piast” oyununun biletləri satışa çıxarıldı

XƏBƏR 16 İyul 2013 / 14:00 2056
-  A +

“Qarabağ” klubu iyulun 18-də Avropa Liqasının ikinci təsnifat mərhələsində Polşanın “Piast” komandasına qarşı keçiriləcək oyunun biletlərini satışa çıxarıb.

Qol.Az-ın məlumatına görə, VİP-dən başqa, bütün sektorlar üçün bir biletin qitməti 1 manat təşkil edir. C və D VİP-ləri üçün isə qiymət 20 manatdır.

A və B VİP sektorları üçün biletlər satışda yoxdur.

Biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından almaq mümkündür.

 


Son xəbərlər
topaz banner