Qomez 33 oldu

 Qomez 33 oldu
XƏBƏR 16 İyul 2013 / 13:01 1890
-  A +

"Fiorentina"nın yeni transferi Mario Qomez ictimaiyyətə təqdim edilib.

Qol.Az-ın İtaliya mətbuatına istinadən yaydığı məlumata görə, bununla bağlı keçirilən mətbuat konfransında dörd illik rəsmi müqavilə imzalayan alman hücumçu klubdakı hədəflərindən danışıb: "Ən böyük arzum İtaliyada çempionluğu qazanmaqdır.  Yeni mövsümdə İtaliya A seriyasında və Avropa kuboklarında iddialı olacağımıza inanıram".

Qomez İtaliya klubuna transferinin necə baş tutması haqda da danışıb: "Bavariya"dan ayrılmadan öncə Qvardiola ilə görüşdüm. O zaman İspaniyadan da təklif var idi. "Fiorentina" ilə danışıqlar zamanı məni transfer etməyi çox istədiklərini gördüm və buna əsasən qərarımı verdim".

Qeyd edək ki, Qomes İtaliya təmsilçisində 33 nörməli forma ilə çıxış edəcək.


Son xəbərlər
topaz banner