"Sumqayıt" Gürcüstan klubları ilə qarşılaşacaq

"Sumqayıt" Gürcüstan klubları ilə qarşılaşacaq
XƏBƏR 16 İyul 2013 / 10:30 1595
-  A +

Hazırlığının ikinci mərhələsini Gürcüstanda davam etdirən "Sumqayıt" Futbol Klubu qonşu ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır.
 
Qol.Az-ın klubun saytına isitnadən yaydığı xəbərə görə, artıq baş tutacaq 2 oyundakı rəqiblərin kimliyinə aydınlıq gəlib.

Aqil Məmmədovun rəhbərlik etdiyi komanda iyulun 17-də Gürcüstan 1-ci liqa təmsilçisi "Mertsxali" ilə qüvvəsini sınayacaq. "Sumqayıt" FK iyulun 20-də isə Premyer Liqa təmsilçisi "Merani Martvili" ilə üz-üzə gələcək.

Son xəbərlər
topaz banner