"Kakanın gələcək taleyi öz əllərindədir"

"Kakanın gələcək taleyi öz əllərindədir"
XƏBƏR 16 İyul 2013 / 00:14 2164
-  A +

Madridin "Real" klubunun baş məşqçisi Karlo Ançelotti futbolçusu Kakanın klubdakı taleyindən danışıb.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, italiyalı mütəxəssis braziliyalı yarımmüdafiəçiyə böyük ümidlər bəslədiyini və futbolçunun komandadan ayrılmayacağını deyib:

"Onunla danışdım və gələcəyinin öz əllərində olduğunu söylədim. Kaka nə etməli olduğunu yaxşı bilir. Mən də onun bu komandaya nələr verə biləcəyini bilirəm. Ona ümidim var".

Qeyd edək ki, Kaka ilə Amerikanin "Orlanda Siti" və Braziliyanın "Flamenqo" klubu yaxından maraqlanır.


Son xəbərlər
topaz banner