"Liverpul" Cerrardla müqavilə yenilədi

"Liverpul" Cerrardla müqavilə yenilədi
XƏBƏR 16 İyul 2013 / 00:01 1510
-  A +

İngiltərənin "Liverpul" klubu kapitanı Stiven Cerrardla müqaviləni yeniləyib.

Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, futbolçu ilə müqavilənin müddəti 2015-ci ilə qədər uzadılıb.

Bununla da 33 yaşlı oyunçu daha iki mövsüm komandasının formasını geyinəcək.

Sözləşmədən sonra Cerrard bu günün onun üçün çox önəmli olduğunu deyib: "Klubumun məni istədiyi göz qabağındadır. Müqaviləni uzatmamız doğru zamanda oldu. Bununla bütün diqqətimi yeni mövsümə verə biləcəyəm".

Qeyd edək ki, Stiven peşakar futbol kayerasına 1998-ci ildə "Liverpul"da başlayıb və indiyə kimi yalnız hazırkı klubunun şərəfini qoruyub.


Son xəbərlər
topaz banner